UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada Almaniya "Bavariya"sının qapıçısı Manuel Noyer layiq görülüb.
34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən komanda yoldaşları Kinqsli Koman ilə Tiaqu Alkantara və PSJ-dən Markinyosu geridə qoyub.
Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.