Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus (COVID-19) testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.