İspaniyanın "Barselona" klubu "Atletiko"ya futbolçusu Antuan Qrizmanla Joau Feliksi dəyişməyi təklif edib.
Sportnet.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzduqları matçdan bir gün öncə bu təklifi irəli sürüb.
Lakin "Atletiko" belə bir əvəzləmədə maraqlı olmadığını bildirib.
"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman isə Qrizmana, Lionel Messinin komandadan ayrılıb-ayrılmamasından asılı olmayaraq, onu klubda saxlamaq istədiyini deyib.
Qeyd edək ki, Antuan Qrizman 2014-cu ildən "Atletiko"da çıxış edib, 2019-cu ilin yayında 120 milyon avro qarşılığında "Barselona"ya keçib.