"Nə özümün, nə də komandamızın oyunundan razı qaldım. Bilirəm ki, çox pis oynadıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Komandasının yeganə qolunun müəllifi məğlubiyyətə görə çox üzüldüklərini bildirib: "İndi bu qarşılaşmanı unudub, analiz edib, növbəti matçlara köklənməliyik. Nə etmək olar? Çox üzgünük".