İspaniya millisinin və "Real Madrid"in futbolçusu Serxio Regilon zədələnib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.
Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında "Sevilya"da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi "Sevilya"nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.