"Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis oyunun komandası üçün vacib olduğunu bildirib: "Rəqibə hörmət edirik, amma biz qalib gəlmək istəyirik".
Belçikalı baş məşqçi Monteneqro kimi güclü rəqiblə qarşılaşmada bir neçə epizod yaratdıqlarını sözlərinə əlavə edib: "Biz yarımmüdafiədə yaxşı təsir bağışladıq. Oyunçularım bəzi məqamları cəmi 3-4 məşq ərzində dərhal mənimsədilər. Matçın ardından futbolçuların üzlərində gördüyüm məyusluq mənə çox şey deyir. Deməli onlar qələbəni həddindən artıq istəyirdilər. Növbəti oyunumuzda ən yaxşşı "11-liy"imizi meydana buraxacağıq. Kim hazırdırsa, o da oynayacaq".
Valehim sözlərinə görə, bir saat ərzində heç nə deyişə bilməz, buna zaman və səbr lazımdır: "Millətlər Liqasının bizim üçün hansı anlamı daşıdığını bilməkdən ötrü realist olmalıyıq. Bu yarıış vasitəsi ilə inkişaf etmək istəyirik. Futbolda əsas qələbə üçün oynamaqdır. Bunu unudursunuzsa, deməli başqa peşə ilə məşğul olmalısınız. Monteneqro ilə oyunda qalib gəlmək istəyirdik, 1:1 hesablı heç-heçə də edə bilərdik. İnkişaf komanda işi və qələbə triptixi ilə matça yanaşmışdıq".
Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.