Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin I Liqasında çıxış edən "Boluspor" klubuna keçib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.
"Boluspor" ilk tur matçını sentyabrın 12-də öz meydanında "Ankara Keçiörengücü"nə qarşı keçirib və 0:1 hesabı ilə uduzub. Növbəti oyun sentyabrın 21-də səfərdə "Adana Demirspor"a qarşı olacaq.
Qeyd edək ki, Araz Abdullayev "Neftçi"nin yetirməsidir. Daha sonra o, İngiltərə "Everton"una transfer olub. Sonradan Abdullayev Yunanıstanın "Panionios", "Qəbələ", Kiprin "Anortosis", "Qarabağ" komandalarında forma geyinib.