Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" Səbail"i qəbul edib.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan "Səbail" isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" "Keşlə" ilə heç-heçə edib - 0:0. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - Neftçi" oyunları ilə yekun vurulacaq.
------------------
Azərbaycan Premyer Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçında "Qəbələ" "Keşlə" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qolsuz tamamlanıb - 0:0. Baş hakim Rəşad Əhmədov 67-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Nikolas Rayseli ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıb. Lakin qonaq komanda say üstünlüyündən yararlana bilməyib.
Bununla da "Keşlə" ardıcıl ikinci matçından qolsuz ayrılıb. Bununla belə, Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv xalını 5-ə çatdıraraq, vahid liderə çevrilib. Bu mövsüm öz meydanındakı ikinci görüşünü də heç-heçə ilə ayrılan "Qəbələ" isə 2 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, bu gün saat 17:15-də "Kapital Bank Arena"da "Sumqayıt" - "Səbail" matçı start götürəcək. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə Qəbələ şəhər stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 2 oyundan 1 xalla 7-ci, "qırmızı-ağlar" isə 4 xalla 2-ci pillədə qərarlaşıb.
İndiyədək çempionatda 47 dəfə qarşılaşan komandaların duelində üstünlük paytaxt klubunun tərəfindədir. Bakılıların 17 qələbəsinə "qırmızı-qaralar" 13 qalibiyyətlə cavab verib. 17 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə" daha yaxşı göstəriciyə malikdir - 62:47. Hazırda Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv son dörd oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç matçda xal qazanmayıb.
Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcəklər. "Gənclik şəhəri" təmsilçisi ilk 2 turdan sonra 3 xalla 5-ci yerdə qərarlaşıb. Xalı olmayan paytaxt komandası isə sonuncudur.
İki komanda arasında əvvəllər keçirilmiş 10 oyunda qələbə sayı bərabərdir - 4. 2 oyunda isə tərəflərdən heç biri üstünlük qazana bilməyiblər. Bu görüşlərdə "gənclik şəhəri" təmsilçisi 8, "dənizçilər" isə 9 qol vurublar. Son 4 görüşdə meydan sahibi olan komanda qalib gələ bilməyib. “Sumqayıt” evdəki 5 matçda yalnız bir dəfə qələbə qazanıb.
19 sentyabr (şənbə)
Azərbaycan Premyer Liqası
III tur
17:00. "Qəbələ" - "Keşlə" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qırmızı vərəqə: Nikolas Raysel, 67 ("Qəbələ")
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
19:15. "Sumqayıt" - "Səbail" - 2:1 (İKİNCİ HİSSƏ)
Qol: Süleyman Əhmədov, 9. Əli Qurbani, 32 - Rauf Əliyev, 21
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena"
Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.