Futbol üzrə Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib.
Sportnet.az-ın məlumatına görə, bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq.
"Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub isə "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" olacaq.
Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib.