
Fransanın PSJ klubunun qapıçısı Martsin Bulka İspaniya "Kartaxena"sına üz tutub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı qolkiper mövsümü icarə əsasında keçirəcək. "Kartaxena" İspaniyanın səviyyəcə ikinci liqası sayılan Sequndada çıxış edir. Polşalı qapıçı isə bu mövsüm PSJ-də bir oyuna bir qol buraxıb.