"Hazırda bizim üçün elə də uğurlu vaxt deyil. Biz çox vacib matçımızda aşkar açıq-aşkar güclü olan komandaya uduzduq. Qol imkanlarından yararlana bilmədik. Rəqib bu anlamda daha yaxşı idi və çoxlu qol vəziyyəti yaratdı".
Sportnet.az xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan komandası analiz etdikləri kimi oyun qurub: "Rəqibin mərkəzdə üstünlüyü olan kimi vingerlərini işə salırdılar və bizə problem yaradırdılar. Özümüz də zamanla açılacağımızı və vingerlərlə oynayacağımızı güman edirdim. Matça 2 hücumçu ilə başlamışdıq ki, rəqib əks-hücumda oynasın. Qrup mərhələsinə çıxa biləcəyimizi düşünürdüm. Üzərində işləməli olduğumuz məqamlar var. Gələcəkdə biz belə oyunları uduzmamalıyıq"
Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsinə yüksəlib.