Almaniyanın "Bavariya" klubunun müdafiəçisi David Alaba vətəni Avstriyada ardıcıl 4-cü dəfə "ilin ən yaxşı" futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, səsvermə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri arasında keçirilib.
22 yaşlı futbolçu hisslərini belə ifadə edib: " Mənə səs verdikıləri üçün məşqçilərə təşəkkürümü bildirirəm. Bu mənim üçün çox önəmli haldır".
Qeyd edək ki, mükafatlandırma mərasimi 27 dekabrda Vyanada keçiriləcək.