
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva Millətlər Liqasının qrup mərhələsində Ukrayna və İspaniya komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 13-də Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.