
İngiltərənin "Vest Bromviç" klubunun futbolçusu Hel Robson-Kanunun qolu qırılıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu Premyer Liqanın 4-cü turunda evdə "Sautgemton"u 2:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
Tibbi müayinədən sonra oyunçuya bu diaqnoz qoyulub. Robson-Kanu əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.