Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin yerli və əcnəbi köməkçiləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssisə həmyerlilərindən Draqan Spasiç, Qordan Tsipriç kömək edəcək.
Yanko Yankoviç isə oyunların analizi üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Azərbaycanlı mütəxəssislərə gəldikdə, Mahmud Qurbanov və Elxan Abdullayev köməkçi, Faiq Əzizov isə qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.