AFFA-nın Apellyasiya və Ekspert Komitəsi futzalçılara tətbiq olunan cəzaları yüngülləşdirilib. Sportnet.az-ın məlumatına görə, Rəcəb Fərəczadə ("Araz-Naxçıvan”), Yevgeni Valenko və Dmitri Komenko (hər ikisi "Fənər") intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılıb.
Valenko digər 1 oyunluq, Fərəczadə və Komenko digər 2 oyunluq cəzadan 6 aylıq sınaq müddəti təyin olunmaqla azad edilib. Onlar sınaq müddəti ərzində analoji hərəkətlərə yol verəcəkləri təqdirdə intizam tədbirləri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.