UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Real Madrid" komandasının futbolçusu Luka Modriçin Ukrayna "Şaxtyor"u ilə görüşdəki dəqiq zərbəsi ilk turun ən yaxşısı seçilib.
Xorvatiyalı yarımmüdafiəçi 54-cü dəqiqədə 24 metr məsafədən baxımlı qola imza atıb.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:3 hesablı məğlubiyyəti ilə bitib.
Real Madrid [1]-3 Shakhtar Donetsk - Luka Modric 54' pic.twitter.com/KTIKMV1a34
— noobfcb (@noobfcb) October 22, 2020