
Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Sportnet.az xəbər verir ki, Almaniyanın "Hannover-96" klubunda çıxış edən Benhur Kamanın əvəzinə toplanışa "Neftçi” klubundan Emil Həsənzadə dəvət olunub.