Noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Sloveniya yığmasının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, komandanın baş məşqçisi Matyaj Kek heyətə 24 oyunçu daxil edib.
Qapıçılar: Yan Oblak ("Atletiko", İspaniya), Vid Belets ("Salernitana", İtaliya), Matiaj Rozman ("Tselye")
Müdafiəçilər: Petar Stoyanoviç ("Dinamo", Zaqreb, Xorvatiya), Yure Balkovets ("Fatih Karagümrük", Türkiyə), Neyts Skubiç ("Konyaspor", Türkiyə), Mixa Mevlya ("Soçi", Rusiya), Mixa Blajiç ("Ferentsvaroş", Macarıstan), Nemanya Mitroviç ("Maribor"), Con Qorents Stankoviç ("Şturm", Avstriya), Mario Yurçeviç ("Osiyek", Xorvatiya)
Yarımmüdafiəçilər: Nino Kouter ("Mura), Yasmin Kurtiç ("Parma", İtaliya), Yaka Biyol ("Hannover-96", Almaniya), Amedey Vetrix ("Qaziantep", Türkiyə), Mixa Zayts ("Cenoa", İtaliya), Sandi Lovriç ("Luqano", İsveçrə), Yosib İliçiç ("Atalanta", İtaliya)
Hücumçular: David Tiyaniç ("Rakuv", Polşa), Andraj Şporar ("Sportinq", Portulqaliya), Benyamin Verbiç ("Dinamo", Kiyev, Ukrayna), Damyan Boxar ("Osiyek", Xorvatiya), Faris Vuçkiç ("Real Saraqosa", İspaniya), Tim Matavj ("Əl-Vaxda", Birləşmiş Ərəb Əmirlikləri).
Qeyd edək ki, Sloveniya yığması noyabrın 15-də Millətlər Liqasında Kosovonu qəbul edəcək. Komanda 3 gün sonra isə Yunanıstanın qonağı olacaq.