Ermənistanın "Pünik" klubunun bir neçə futbolçusunda koronavirus aşkarlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionatın XI turunda "Urartu" ilə görüşdən öncə Sak Aslanyan, Alik Arakelyan, Aras Özbilis, Salomon Nirisarike, Qor Malakyan və Erik Azizyanın koronavirus testi müsbət çıxıb.
Komandanın baş məşqçisi Artak Oseyanın rəhbərlik etdiyi texniki heyətin bir neçə əməkdaşı da koronavirusa yoluxub.
Reqlamentə əsasən, "Pünik" test nəticələrini Ermənistan Futbol Federasiyasına göndərib.