Rusiyanın "Lokomotiv" klubu futbolçusu Anton Mirançukla müqavilənin müddətini uzadıb.
Sportnet.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ilə qədər artırılıb.
Onun daha əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Anton Mirançuk 2013-cü ildən "Lokomotiv"də çıxış edir.