İspaniyanın "Real Madrid" klubu kapitanı Serxio Ramosla müqavilənin müddətini uzatmaq istəyir.
Sportnet.az ESPN nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 34 yaşlı futbolçu ilə danışıqlara start verib.
Danışıqların müsbət yöndə olduğu bildirilib. Təcrübəli müdafiəçi ilə yeni sözləşmənin imzalanması "kral klubu" üçün prioritet hesab edilir.
Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, Madrid klubu ilə 22 kubok qazanıb.