"Sumqayıt" klubunun futbolçusu Rüfət Abdullazadə təcrübə məqsədi ilə 1 həftə müddətində Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük"ün düşərgəsində olub.
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələri davam etdirməkdədir.
Xatırladaq ki, bir müddət əvvəl daha bir futbolçu - Səbuhi Abdullazadə də ötən il eyni məqsədlə Xorvatiyanın "Osiyek" klubunun düşərgəsinə yollanıb. Hər iki oyunçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.