
İtaliyalı məşqçi Canfranko özünə yeni komanda tapıb.
Sportnet.az xəbər verir ki, o, bundan sonra "Kalyari" klubunu çalışdıracaq.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 48 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. Zola sonuncu dəfə aşağı liqa təmsilçisi "Uotford"u çalışdırıb.
Qeyd edək ki, "Kalyari" A Seriyasında geridə qalan 16 turdan sonra 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.