
İspaniya "Barselona"sının futbolçusu Jerar Pike klubun prezidenti olmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi bu barədə "Marca"ya açıqlamasında məlumat verib.
İspaniyalı oyunçu karyerasını davam etdirdiyi üçün növbəti prezident seçkilərində iştirak edə bilməyəcəyini söyləyib: "Barselona"nın azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Bəlkə də gələcəkdə namizədliyimi verəcəyəm. Həmişə "Barselona"nın prezidenti olmağı arzulamışam. Bu gerçəkləşəcəkmi, bilmirəm".
Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.