Casusluqda ittiham edilən ukraynalı sabiq futbolçu Vasili Vasilenkoya Rusiyada hökm oxunub.
Sportnet.az RBK-ya istinadən xəbər verir ki, Mosvka Şəhər Məhkəməsi idmançıya 12 il həbs cəzası kəsib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, Vasili Vasilenko 2019-cu ildə Moskvada həbs ediliub. O, qadağan edilmiş maddələrin sərhəddən qanunsuz keçirilməsində günahlandırılıb. Daha sonra Vasilenkoya casusluq maddəsi ilə də cinayət işi açılıb.
Xatırladaq ki, Vasili Vasilenko 1992 - 2001-ci illərdə ölkəsində "Tavriya", "Torpedo" və "Drujba" klublarının formasını geyinib.