
AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.
Sportnet.az təşəbbüsçü AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclasda icraçı vitse-prezident Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirə olunmuş məsələ ilə bağlı qərarı PFL qəbul edəcək.