
FIFA "Ferents Puşkaş" mükafatına namizəd olan əsas qolları açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 3 nəfərlik siyahıda İspaniya "Atletiko"sundan Luis Suares, İngiltərə "Tottenhem"indən Son Xın Mİn və Braziliya "Flamenqo"sundan Corcian Arrasketanın qolları yer alıb.
Sauresin "Barselona"da çıxış edərkən La Liqada "Malyorka"ya, Son Xın Minin Premyer Liqada "Bernli"yə, Arrasketanın isə Braziliya çempionatında "Seara"ya vurduğu qollar mükafata əsas namizəd göstərilib.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.