İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi daha bir əlamətdar uğuru təkrarlamaq ərəfəsindədir.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın XIII turunda "Levante"ni 1:0 hesabı ilə məğlub etdikləri matçda komandasına qələbə qazandıran qola imza atıb.
Bu, Messinin Kataloniya təmsilçisində 642-ci qolu olub.
Beləliklə, argentinalı forvard braziliyalı əfsanəvi futbolçu Pelenin "bir klubda ən çox qol vuran oyunçu" rekordunu yeniləmək üzrədir.
1956 - 1974-cü illərdə ölkəsində "Santos" klubunun formasını geyinən Pele həmin müddət ərzində 643 dəfə fərqlənib. O, daha sonra ABŞ təmsilçisi “Nyu-York Kosmos”a keçib.
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.