"Zirə" futbolçusu Kaio Rangel da Silva ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 24 yaşlı forvard cari mövsümün əvvəlində ölkəsinin "Ferrovayra" klubundan transfer edilmişdi. Onunla 1+1 illik sözləşmə imzalanmışdı.