"Bizim üçün yaxşı püşk oldu. Portuqaliya, Lüksemburq və İrlandiya köhnə tanışlardır. Azərbaycan millisi barədə də eyni sözləri deyə bilərəm. Əvvəlki seçmə mərhələlərdə bu yığmalarla qarşılaşmışıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiya millisinin oyunçusu Marko Dmitroviç "novosti.rs" saytına açıqlamasında DÇ-2022-nin püşkünü dəyərləndirərkən deyib.
28 yaşlı qapıçı qrupdakı rəqiblərin münasib olduğunu bildirib: "Digər qruplara baxanda, bizdəki vəziyyətin pis olmadığını görmək olar. Buna görə də püşkdən razıyam".
İspaniya "Eybar"ında çıxış edən qolkiper Potuqaliyanın favorit olduğunu etiraf edib: "Amma qrupda istənilən komandanı məğlub etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bununla belə reallıqdan qaçmaq olmaz. Portuqaliya hörmətəlayiq komandadır".
Qeyd edək ki, seçmə mərhələnin oyunlarına 2021-ci ilin martında start veriləcək.