2014-ci ili qiymətləndirən Neymar, bu il yaşadıqlarından çox dərs çıxardığını söyləyib. Sportnet.az-ın məlumatına görə, "Barselona"lı ulduz, xüsusilə Dünya Çempionatının özü üçün böyük bir təcrübə olduğunu ifadə edib.
"Barselona"nın braziliyalı ulduzu Neymar, 2014-cü ili qiymətləndirib. Braziliya mətbuatına danışan Neymar "2014 mənim üçün öyrənməklə keçdi. Hər gün özümü biraz daha çox inkişaf etdirməyə çalışdım. Sahib olduqlarımla yetinmədim, lazım olduğunu öyrəndim. Dünya Çempionatı mənim üçün böyük bir təcrübə idi. Artıq 2018 Dünya Çempionatında daha müvəffəqiyyətli oynamaq üçün nələr etmək lazım olduğunu bilirəm" deyə bildirib.
Neymar, Kristiano Ronaldu və Lionel Messi rəqabəti ilə bağlı düşüncələrini də bölüşüb. Ronaldu və Messini dünyanın ən yaxşı futbolçuları olaraq göstərən braziliyalı, "Onların səviyyəsinə çatmaq çox çətindir. Birgün onlar qədər yaxşı bir futbolçu olacağam bilmirəm, amma özümü inkişaf etdirməyə davam edəcəyəm" deyib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |