
Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Erzurumspor" klubunun yeni baş məşqçisi açıqlanıb.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi Mesut Bakkala tapşırılıb. 56 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.
Bakkal bu postda Hüseyin Çimşiri əvəzləyib.
Qeyd edək ki, "Erzurumspor" Superliqada 14 oyundan 9 xalla sonuncu pillədə qərarlaşıb.
Komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.