
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "Atalanta"sının futbolçusu Amad Diallonu heyətinə qatıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ule-Qunnar Şulşer Premyer Liqanın 17-ci turunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında bildirib.
47 yaşlı mütəxəssis transferdə heç bir maneənin olmadığını və 18 yaşlı vingerin komandaya qoşulacağını söyləyib.
Qeyd edək ki, Amad Diallo 2019-cu ildən "Atalanta"nın əsas komandasındadır.