
İtaliyanın "Napoli" komandasının futbolçusu Viktor Osimhendə koronavirus aşkarlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı nigerliyalı hücumçunun testi müsbət nəticələnib.
Forvard komandanın digər üzvləri ilə təmasda olmayıb və karantinə alınıb.
Qeyd edək ki, Viktor Osimhen bu ilin yayında Fransanın "Lill" klubundan "Napoli"yə keçib.