İngiltərənin "Arsenal" klubunun türk mənşəli alman futbolçusu Mesut Özil ABŞ-ın MLS liqasında çıxş edən "Di Si Yunayted"lə danışıqlar aparır.
Sportnet.az “Football London”a istinadən xəbər verir ki, klub 32 yaşlı yarımmüdafiəçiyə cəzbedici maliyyə şərtləri təklif edir.
"Di Si Yunayted” yüksək maaşdan başqa, futbolçuya onun M10 markasının inkişafına da kömək etməyə hazırdır.
Özil İngiltərə Premyer Liqası mövsümünün birinci hissəsində "Arsenal"ın iştirak ərizəsinə daxil edilməyib. Son həftələr türk əsilli futbolçu əsas heyətdən ayrı məşq edib.
Özilin "Arsenal"la müqaviləsinin müddəti iyunda başa çatır. Yarımmüdafiəçinin həftəlik maaşı demək olar, 395 min avrodur. O, London təmsilçisində 2013-cü ildən çıxış edir.