
Albaniya mətbuatı "Neftçi"nin maraq dairəsində olduğu iddia edilən "Partizani" klubunun futbolçusu Teofilus Solomonla bağlı yeni iddia ortaya atıb.
Sportnet.az "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, Tirana təmsilçisi nigeriyalı hücumçu üçün "ağ-qaralar"dan sərfəli təklif gözləyir.
İddiaya görə, şərtlər klubu qane edəcəyi təqdirdə, 25 yaşlı forvardın keçidinə icazə veriləcək.
Qeyd edək ki, Teofilus Solomonun "Partizani" ilə 1,5 illik müqaviləsi var.