"Bir ildən sonra ailəmi görmək xoş oldu. Onlarla vaxt keçirmək çox yaxşıdır. Bu, bizim üçün vacib idi. Artıq istirahət dövrü geridə qalıb, işimizin başındayıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc klubun televiziyasına açıqlamasında deyib.
Komandasının təlim-məşq toplanışını dəyərləndirən seneqallı müdafiəçi hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: "Məşqçilər xüsusi plan vermişdi. Formada qalmaq üçün həmin proqram əsasında məşq edirdik. Artıq hazırlığın növbəti mərhələsi gedir".
28 yaşlı oyunçu cari mövsümdəki hədəflərini də açıqlayıb: "Mövqeyimizi qoruyub, çempion olmaq istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik".