
"Neftçi"nin daha bir legioneri Bakıya qayıdıb.
"Report" xəbər verir ki, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane bu gündən komandanın təlim-məşq toplanışına qoşulub.
Hazırda Yusuf Lavaldan başqa bütün oyunçular hazırlıq prosesində iştirak edirlər. Nigeriyalı yarımmüdafiəçinin yaxın 1-2 gün ərzində Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" yanvarın 10-da toplanış çərçivəsində "Kəpəz"lə yoxlama oyunu keçirəcək.