AFFA-nın növbəti Konfransı-nın vaxtı müəyyənləşib.
Sportnet.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans formatında keçiriləcək növbəti Konfrans yanvarın 29-da saat 11:00-da başlayacaq.
Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 2020-ci il dekabrın 24-dəki iclasında qəbul olunmuş müvafiq qərara əsasən, tədbir onlayn formatda gerçəkləşəcək.