
"Hazırlıq prosesi yaxşı gedir. Əvvəl fiziki məşqlər etdik, hazırda taktiki məşqlərə üstünlük veririk".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Vüsal Əsgərov klubun rəsmi televiziyasına açıqlamasında deyib.
Əsas heyətə cəlb edilən 20 yaşlı müdafiəçi məşqçilərin ona şans verdiyini söyləyib: "İnanıram ki, hər şey yaxşı olacaq. Biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq".
Gənc oyunçu XIV turda "Səbail"ə qarşı keçirəcəkləri görüş barədə bunları vurğulayıb: "Hər oyuna qələbə üçün çıxırıq. Bu görüşədə qələbə məqsədi ilə çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq".
Qeyd edək ki, yanvarın 21-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.