Azərbaycan Premyer Liqasında XIV turun 3 oyunu üçün bütün təyinatlar müəyyənləşib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, lider "Neftçi"nin "Səbail" komandası ilə səfər oyunu Vətən müharibəsindən qayıdan Kamal Umudluya tapşırılıb.
Azərbaycan Premyer Liqası
XIV tur
21 yanvar (cümə axşamı)
16:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
16:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
22 yanvar (cümə)
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”.