"Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.
O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir. Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.