2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün qonaqpərvərlik paketləri satışa çıxarılıb.
Sportnet.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər paketləri bu gün Bakı vaxtı ilə saat 15:00-dan etibarən ala bilərlər.
Qonaqpərvərlik paketlərinə matç biletləri ilə yanaşı, yemək, premium içkilər, parklama yeri, əyləncə, hədiyyələr kimi stadion xidmətlərindən əlavə qonaqlama və səyahət də daxildir.
Ali futbol qurumu ilə Qətər səlahiyyətliləri paketlərə güclü tələbatın olacağını gözləyir. Paketlərin qiyməti 950 ABŞ dollarından başlayır, ən bahalısı isə 203 000 ABŞ dollarıdır.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda gerçəkləşəcək.