Londondakı "Emirates" stadionunda “Arsenal” və“Mançester Siti” komandaları arasında İngiltərə Premyer Liqasının XXV tur matçı keçirilib. Sportnet.az xəbər verir ki, görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.
Bununla da "Mançester Siti" Premyer Liqada ardıcıl 13-cü qələbəsini qazanıb. Komanda həm də müxtəlif turnirlərdə ardıcıl 18-ci qalibiyyətə imza atıb.
Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv 25 oyundan 59 xalla liderdir. "Arsenal" isə 34 xalla 10-cu yerdədir.