İtaliyanın "Peskara" klubunun üzvü Alessandro Arlotti peşəkar futboldan imtina edib.
Sportnet.az "Sport1" telekanalına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı hücumçunun ABŞ-ın məşhur Harvard Universitetinə qəbul olmasıdır.
Arlotti klubdan ayrılıb və artıq universitetin komandasında çıxış edəcək.
Qeyd edək ki, Alessandro Arlotti "Monako"nun yetirməsidir. O, İtaliyanın U-17 yığmasında 8 görüş keçirib və 1 qol vurub.