
Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qolun müəllifi üçün namizədlər açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Mahmud Daud, İngiltərənin "Çelsi" komandasından Olivye Jiru və İspaniya "Real Madrid"indən Ferlan Mendi iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
???? Who are you picking for Goal of the Week? ⚽️????#UCLGOTW | @nissansports | #UCL
— UEFA Champions League (@ChampionsLeague) February 24, 2021