
Sankt-Peterburq komandasının baş məşqçisi Vladimir Kazaçonok Valentin Qranatkinin xatirə turnirində Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığması üzərində 4:2 hesablı qələbəni şərh edib. Kazaçonok matçın maraqlı keçdiyini vurğulayıb.
"Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik. Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı və bizim də, rəqibin də oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu" deyə baş məşqçi bildirib.
O qeyd edib ki, məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadır.