"Gərgin və maraqlı oyun keçdi. Hər iki komandanın futbolçularının mübarizliyini qeyd edərdim. Kəndlər bir-birinə bələd idilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis ilk hissənin daha gərgin keçdiyini bildirib: "İkinci yarının ilk yarım saatında biz daha üstün idik. Daha sonra Ayxan Abbasov dəyişikliklər etdi və son 10 dəqiqədə rəqib üstün oldu. Hesab ədalətlidir".