Rusiya MOİK-inin baş məşqçisi Viktor Qonçarenko komandanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun iş üslubundan danışıb.
Sportnet.az-ın məlumatına görə, o, Moskva təmsilçisinin rəsmi saytına müsahibəsində həmyerlimizin sakit və balansı mütəxəssis olduğunu bildirib.
Qonçarenkonun sözlərinə görə, Kramarenko kollektivə tez uyğunlaşıb: "O, gənc qapıçılarla işləməyi sevir və bacarır. Kollektivə elə rahat qoşulub ki, sanki həmişə yanımızda olub".
Qeyd edək ki, Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən Dmitri Kramarenko MOİK-lə 2021-ci il mayın sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti başa çatdıqdan sonra uzadıla bilər.